image-f83027cc-309d-3d20-b85c-7941d4359f8f_850backend

Van der Bellen yenidən Avstriya Prezidenti seçilib

image-reklam_sirab_01

Avstriyanın hazırkı Prezidenti Aleksandr Van der Bellen 56,7% səslə yenidən prezident seçkilərində qalib gəlib.

bunu ölkənin Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi nəticələr göstərir.

O, 4 milyondan çox etibarlı səsdən demək olar ki, 2,3 milyonunu alıb, ona görə də seçkilərin ikinci turuna ehtiyac qalmır. Onu sağ populist Avstriya Azadlıq Partiyasının namizədi Valter Rosenkrants (17,7%) və sol mərkəzçi Pivə Partiyasının lideri Dominik Vlatsnı (8,3%) izləyir.

Seçkinin nəticələrinə oktyabrın 24-dək Avstriya Konstitusiya Məhkəməsində etiraz edilə bilər.

Ümumilikdə 7 nəfər öz namizədliyini irəli sürüb ki, bu da Avstriya üçün rekord göstəricidir. Avstriyada prezident seçkiləri oktyabrın 9-da keçirilib, seçici fəallığı 65,2% təşkil edib.

Qeyd edək ki, Avstriyada 6,3 milyondan çox insan səsvermə hüququna malikdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki