image-12344e87-f670-3a36-b408-4b19a0e71b51_850backend

Venesuelanın futbol klubunun prezidenti təyyarə qəzasında həlak olub

image-reklam_sirab_01

Venesuelanın “Estudiantes de Merida” futbol klubunun prezidenti Kristian Toni və daha 5 nəfər təyyarə qəzasında həlak olub.

Bu barədə “Veteninfo” “Diario 2001” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, “Learjet” markalı kiçik təyyarə Miranda ştatında qəzaya uğrayıb. Axtarış-xilasetmə xidməti bütün sərnişinlər və heyət üzvləri də daxil olmaqla 6 nəfərin həlak olduğunu bildirib.

Venesuela Futbol Federasiyası faciə ilə bağlı başsağlığı verib.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki