image-dsc_0268backend

Vətən müharibəsi şəhidimiz İbrahim Cəfərovun ildönümü qeyd olunub

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Yenigün kəndindən olan Vətən müharibəsi şəhidimiz İbrahim Şamil oğlu Cəfərovun şəhadətə ucalmasının ildönümü qeyd olunub. Şəhidimizin anım günündə ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.

13.01.1998-ci il tarixində Yenigün kəndində anadan olan İbrahim Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi iştirak edib. O, CəbrayılFüzuli və Qubadlının azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına savaşıb. 2020-ci il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq 18 gündən sonra noyabrın 7-də şəhidlik zirvəsinə ucalıb. Ağstafa şəhər qəbirstanlığında dəfn olunan şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki