image-1623842221_screenshot_1backend

Vətən müharibəsinin qazisi şəhidlik zirvəsinə ucaldı – VİDEO

image-reklam_sirab_01

Vətən müharibəsinin 23 yaşlı iştirakçısı bu gün günorta saatlarında şəhidlik zirvəsinə ucalıb.

Veteninfo.az  xəbər verir ki, 12 gün komada olan Masallı sakini qazi Şahhüseynli Zeynal Fizuli oğlu dünyasını dəyişib.

O, Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.

Z.Şahhüseynli “Cəbrayılın azad olunması” və “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdi. O, 29.09.2020-ci ildə cəbhəyə yollanıb və Füzuli-Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq qapalı kəllə beyin travması, baş-beyin sağ təpə nahiyəsinin əzilməsi, isterik mutizm diaqnozu qoyulmuşdu.

Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki