Daxili İşlər Nazirliyində yeni təyinatlar olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov vəzifədən azad edilib. O, Yevlax Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov isə Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Bundan başqa, polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.