image-reklam-veteninfo
image-1backend

XƏBƏRDARLIQ: Ölkəyə “yandırıcı” və “boğucu” istilər gəlir – Avqustun əvvəlindən…

image-reklam-veteninfo

Regional və qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycanda yay fəsli kəskin dinamik meteoroloji proseslərlə xarakterizə olunur. Sinoptik proqnozlar təsdiqləyir ki, yay mövsümündə havanın orta temperaturu çoxillik iqlim normasından yüksək ola və fəsil iki əsas fazada inkişaf edə bilər. Hazırda mövsümün başlanğıcını əhatə edən nisbi sabitlik fazasında temperatur iqlim norması daxilində tərəddüd edir. Bəs iyulun sonu və avqustun ortaları üçün proqnozlar necədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, iyulun sonu və avqustun əvvəli adətən Azərbaycanın iqlimi üçün ilin ən isti dövrü hesab olunur:

“Bu müddət ərzində sinoptik vəziyyətə əsasən müəyyən tendensiyalar müşahidə edilir. İyulun sonu və avqust ayı yarımada və düzənlik rayonlarında (xüsusilə Bakı və Abşeron yarımadasında) ən yüksək orta gündəlik temperaturların qeydə alındığı dövrdür. Bu dövrdə havanın temperaturunun çoxillik normaya yaxın və ya ondan bir qədər yüksək olması ehtimalı böyükdür.

İqlim dəyişikliyi fonunda, xüsusən də subtropik hava kütlələrinin daxil olması ilə qısa müddətli, lakin intensiv “yandırıcı” isti dalğaları tez-tez müşahidə edilir. Bu zaman temperaturun normadan 3-5 dərəcə yuxarı qalxması və diskomfort hissinin artması mümkündür”.

Cavid Hüseynov əlavə edib ki, Abşeron yarımadasında dəniz istiliyi və rütubət səbəbindən yüksək temperatur zamanı “boğucu” isti hava şəraiti (rütubətli istilik) daha çox hiss olunur. Ona görə də, bu dövrdə açıq havada uzun müddət qalmaq, xüsusilə günün pik saatlarında (saat 11:00-17:00 arası) birbaşa günəş şüaları altında olmaq istilik vurması riski yarada bilər”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki