image-1backend

Xəbərdarlıq sistemlərinə dair yeni dövlət standartı qəbul edildi

image-reklam_sirab_01

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 50130-4:2024 “Xəbərdarlıq sistemləri – Hissə 4: Elektromaqnit uzlaşması – Məhsul ailəsi standartı: Yanğın, müdaxilə, saxlama, CCTV, girişə nəzarət və sosial siqnalizasiya sistemlərinin komponentləri üçün dözümlülük tələbləri” dövlət standartı qəbul edilib.

Vətəninfo.az  AZSTAND-a istinadən xəbərinə görə, standartda yaşayış, ticarət, sənaye mühitləri, binalar və onların ətrafında istifadə üçün nəzərdə tutulan siqnalizasiya sistemləri, yanğın, aşkarlama, müdaxilə və yanğın siqnalizasiya sistemlərinin komponentlərinə dair dözümlülük tələblər əks olunub.

Qeyd edək ki, yeni dövlət standartı “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki