image-1backend

Xəzər regionu ekoloji problemlərin mənfi təsirinə görə çətinliklərlə üzləşir – Umayra Tağıyeva

image-reklam_sirab_01

Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir.

Vətəninfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin “Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda beştərəfli görüşündə çıxışında deyib.

O bildirib ki, bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır:

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyətinin və dəniz səviyyəsinin aşağı düşmə dinamikasının narahatlıq doğurduğunu, bu problemlərin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuzu öz çıxışlarında bildirib”.

Nazir müavini qeyd edib ki, Xəzər problemi ətrafında 5 ölkəni birləşdirən və 2006-cı ildən qüvvəyə minən “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Tehran Konvensiyası birgə fəaliyyət üçün regional platformadır: “Xəzəryanı ölkələr dənizin çirklənməsinin qarşısının alınması və ona nəzarət, eləcə də onun ətraf mühitinin mühafizəsi və bərpası üçün zəruri tədbirlərin görülməsi, Xəzər dənizinin ehtiyatlarından onun ətraf mühitinə xələl gətirmədən istifadə edilməsi və Konvensiyanın məqsədinə nail olmaq üçün öz aralarında və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək üzrə ümumi öhdəlik daşıyırlar”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki