Məlum olduğu kimi, 27 Sentyabr – Anım Günü Azərbaycanın bütün bölgələrində qeyd edilir.
Vətəninfo.az İTV-yə istinadən xəbər verir ki, ötən il keçirilən antiterror tədbirləri nəticəsində azad edilən Xocalıda da ilk dəfə Anım Günü keçirilib.
Hərbçilər və Xocalıda yaşayan digər şəxslərin iştirakı ilə burada dəfn edilmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.
Həmin görüntüləri təqdim edirik: