image-5backend

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti MÜƏYYƏNLƏŞDİ

image-reklam_sirab_01

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti MÜƏYYƏNLƏŞDİ
Xocalıda kütləvi məzarlıqda tapılan daha bir şəxsin kimliyi müəyyən olunub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun şöbə rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə deyib.

Onun sözlərinə görə, meyiti tapılan şəxslərdən 9 nəfərin kimliyi müəyyən olunub.

“Qalıqların Xocalı sakini, 1952-ci il təvəllüdlü Nəcəfov Şiraslana aid olduğu müəyyənləşib”, – deyə o əlavə edib.

Qeyd edək ki, Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərin sayı 18-ə çatıb. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib. İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki