image-img_8122backend

Yasamal rayon İcra Hakimiyyətində gənclərlə görüş keçirilib

image-reklam_sirab_01

Bu gün Yasamal rayon İcra Hakimiyyətində bir qrup Yasamal gənci ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçsı Elşad Həsənov qeyd etdi ki, Yasamal rayonunda gənclərin ictimai təsiri və çəkisi böyükdür və burada bir çox nüfuzlu ali və orta məktəblər fəaliyyət göstərir. Bu baxımdan gənclərinYasamal rayonunun ictimai-siyasi həyatında oynadığı rol da fərqlidir. Yasamal rayon İcra Hakimiyyətinin başçsı 44 günlük Vətən müharibəsində iştirak etmiş bir çox gənc əsgər və zabitin məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində təlim və tərbiyyə aldıqlarını xatırlatdı.Qeyd olundu ki, Vətən müharibəsi başlayanda ordu sıralarına minlərlə Yasamal gənci qoşuldu.Elşad Həsənov müasir gənclərin Prezident İlham Əliyevin kadr siyasətində xüsusi yer tutduqlarını qeyd etdi. Yasamal rayon İcra Hakimiyyətinin başçsı gəncləri dövlət başçısının siyasətini ardıcıl və əzmkarlıqla müdafiə etməyə çağırdı.

Görüş zamanı son illər Yasamal rayounda həyata keçirilən yenidənqurma, abadlıq-quruculuq və infrstruktur layihələr barədə fikir mübadiləsi aparıldı. Tədbirdə çıxış edən Yasamal rayon gəncləri ölkə rəhbərliyinin siyasətini birmənalı olaraq dəstəklədiklərini vurğuladılar.Görüşün sonunda xatirə fotosu çəkildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki