image-01-1backend

Yasamal rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş konfrans keçirilib

image-reklam_sirab_01

Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın müstəqillik məfkurəsi” mövzusunda videokonfrans keçirilib.Tədbirdə nitqlə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Ulu Öndər  Heydər Əliyev 20-ci əsrin ikinci yarısı və 21-ci əsrin əvvələrində Azərbaycanda böyük tarix yazıb. Belə ki, hələ sovet dönəmində Heydər Əliyev Azərbaycanda misilsiz işlər görmüşdü: yeni sənayə müəssisələrinin yaradılması, milli kadrların hazırlanması, kənd təsərrüfatına dəstək və digər addımlar o zaman Azərbaycanın simasını dəyişdi.Lakin Heydər Əliyevin tarixi missiyası hələ irəlidə idi.1993-cü ildə Azərbaycanı böyük fəlakətdən xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev qurtardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini məhz Heydər Əliyevə etibar etdi. Xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtardı.

Bildirildi ki,90-cı illərin birinci yarısında Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi və erməni təcavüzünü dayandırdı. 2020-ci ildə isə Prezident İlham Əliyev Qarabağda erməni ordusunu məhv etdi, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Öz çıxışında Elşad Həsənov qeyd etdi ki, bu gün ölkədə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu əvəzolunmaz işlər görür. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva Ulu Öndərin adını və irsini hər zaman uca tutur.

Videokonfransda çıxış edən millət vəkilləri Elnur Allahverdiyev, Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Yasamal rayon Ağsaqqallar şurasının üzvü Nürəddin Mehdixanlı və digər natiqlər Ulu Öndərin müxtəlif sahələrdə Azərbaycan xalqına və dövlətinə verdiyi töhfələrdən söz açdılar.Çıxış edənlər Heydər Əliyevin dahi zəkası, sarsılmaz irədəsi və böyük siyasi təcrübəsi ilə Azərbaycanda əvəzsiz işlər gördüyünü xatırlatdılar. Videokonfransda çıxış edən natiqlər Ulu Öndərin daima insanların qəlbində və yaddaşında yaşayacağını vurğuladılar.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki