image-bvm-2021-23backend

Yasamal rayon Icra Hakimiyyətinin başçısı veteranları ziyarət edib

image-reklam_sirab_01

Yasamal rayon Icra Hakimiyyətinin başçısı Elşad Həsənov 1941-1945-ci illərin Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin ildönümü münasibətilə Yasamal  rayon sakinləri olan bir qrup veteranı evlərində ziyarət edib. Elşad Həsənov onların gündəlik qayğıları ilə maraqlanıb və can sağlığı arzulayıb.Veteranlara ərzaq sovqatları təqdim edilib. Yasamal rayon Icra Hakimiyyətinin başçısı qeyd etdi ki, Azərbaycan rəhbərliyi veteranlara hər zaman qayğı göstərir. Elşad Həsənov  Azərbaycan Prezidenti cənab İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzaladığını qeyd etdi.

Yasamal rayon Icra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkədə davam edən pandemiya şəraitində veteranlara xüsusi qayğının göstərildiyini bildirdi. Belə ki, müharibə veteranlarına zəruri olan sosial yardımlar göstərilməkdədir.

Öz növbəsində Böyük Vətən Müharibəsinin veteranları göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildirdilər. Yasamal veteranları bu gün onlara göstərilən diqqətdən çox məmnun qaldığlarını vurguladılar.

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin ildönümü münasibətilə Yasamal rayon Icra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Ülvi Quliyev və ictimaiyyət nümayəndələri Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinə baş çəkiblər.Abidə önünə əklil qoyulub, Böyük Vətən Müharibəsinin qurbanları yad edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki