image-interpress_f4224666e97e1ab80c7d462059e9aeff_umi8l0ns7ezrow3qapxf-640x336backend

Yasamal rayonunda daha bir ərazi abadlaşdırılacaq

image-reklam_sirab_01

Yasamal rayonunda daha bir ərazinin abadlaşdırlması üzrə işlərə başlanılır. Bununla əlaqədar Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin üzvü Elnur Allahverdiyev Nəriman Nərimanov prospektində abadlaşdırılacaq məhəlləyə baxış keçiriblər.

Burada aparılacaq yenidənqurma işləri zamanı ərazidə nümunəvi həyətin yaradılması nəzərdə tutulur. Ərazinin ekoloji mühiti sağlamlaşdırılacaq, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait yaradılacaq. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinlərlə söhbət etmiş, onları layihə barədə məlumatlandırmış və təkliflərini dinləmişdir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı layihənin həyata keçirilməsi ilə əlaqədar öz tapşırıq və tövsiyyələrini verdi.
Bildirildi ki, ərazidə vaxtilə özbaşına zəbt edilmiş, müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, çəpərlərdən azad edilib, təmizlik işləri aparılıb. Burada uşaq əyləncə meydançaları, oturacaqlar, işıq dirəklərinin quraşdırılması, yolların təzələnmməsi, həmçinin ağaclar və kolların əkilməsi nəzərdə tutulur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki