image-fb_img_1632420503726backend

Yasamal rayonunda qazi və şəhidlər ailələrinə medallar təqdim edilib

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində təltif edilmiş Silahlı Qüvvələrin hərbi qulluqçularına Yasamal rayon İcra Hakimiyyətində medalların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Vətən müharibəsində qazanılan qələbə Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti sayəsində mümkün oldu. 44 günlük müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq daima yaddaşlarda qalacaq. Elşad Həsənov bildirildi ki, bu qələbəy ə görə biz Ali Baş Komandan İlham Əliyevə,şəhidlərə və qazilərə borcluyuq. Qeyd edildi ki, Yasamal rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və qazi və şəhid ailələrinə dəstək olmaq üçün maksimum səy göstərilir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Yasamal rayonunda qazi və şəhid ailələrinə artıq üçüncü dəfədir ki, təltiflər təqdim edilir.
Daha sonra qazi və şəhid ailələrinin üzvlərinə təltiflər təqdim edildi.Qazilər dövlətin diqqət və qayğısına görə Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdilər.
Tədbirdə millət vəkilləri Elnur Allahverdiyev, Ülvi Quliyev, Erkin Qədirli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki