image-ada-2backend

Yeni tarix yazan Qələbəmiz

image-reklam_sirab_01

Bildiyimiz kimi Azərbaycan heç vaxt vəhşiliyi təmsil edən bir ölkə olmayıb. Bunun bariz nümunəsi də I Qarabağ müharibəsindən sonra baş verən II Qarabağ müharibəsidir. Hər iki müharibədə Azərbaycan mülki əhali ilə deyil, döyüş meydanındakı hərbçilərlə mübarizə apararaq qələbə qazanıb. Çünki bizim üçün müharibə meydanındakı döyüş belə ədalətli şəkildə keçməli idi və mənfur düşmənlərə rəğmən biz tərəfdən bu ədalətə hər zaman riayət olundu. Mənfur düşmənlərin bizim əliyalın, silahsız, dinc əhalimizə etdiyi vəhşiliklərin qisasını biz onların etdiyi vəhşiliklərin əksinə olaraq döyüş səngərindəki hərbçilərlə mübarizə apararaq aldıq. Azərbaycan silahsız, mülki, dinc əhalidən qisas almağı heç vaxt tərcih etmədi, həm də belə hərəkət ölkəmizə yaraşmazdı. Biz bizə yaraşını etdik. Yamanlığa yaxşılıq göstərərək onların dinc əhalisinə heç bir əks hücum etmədik. İgidcəsinə mübarizə apararaq bu xalq zəfər bayrağını asimana ucaltdı.  Amma mənfur düşmənlər I Qarabağ müharibəsində olduğu kimi II Qarabağ müharibəsində də dinc əhali üzərinə hücumlar edərək hiyləgər bir şəkildə müharibəni qazanan tərəf olmağı tərcih etmişdi. Bunun bariz sübutları Gəncə, Tərtər, Bərdə, Naftalan hadisələridir. Belə ki, öz həyətlərində hər şeydən xəbərsiz halda oyun oynayan məsum uşaqlar barbarlığı ilə tanınan erməni qəddarlarının atdıqları ballistik raketlərinin qurbanı oldular. Eyni zamanda evlərində özlərini təhlükəsiz zənn edib yaşayan mülki şəxslərimiz belə faşist ermənilərin acımasız planının qurbanına çevrildilər. Bütün dünya bu vəhşiliyin şahidi oldu. Bəziləri bu vəhişiliyə son qoyulmasını tələb etdi, bəziləri isə bu vəhişiliyə sadəcə susdular. Hətta bu vəhşiliyi edən tərəfi görməzdən gəlib bizi bu müharibədə günahkar hesab edirdilər. Amma heç bir hal bu yaşananları tarixdən və yaddaşlardan silə bilməz. Çünki artıq sözlər deyil, çəkilib ictimayiyyətə nümayiş olunan sənədləşdirilmiş görüntülər  danışır.  Bu faktları inkar edənin mənfur düşməndən heç bir fərqi yoxdur. Həm də biz bu tarixin silinməyinə əvvəllər də olduğu kimi indi də yol vermərik. Azərbaycan hər zaman silinməyən tarix yazıb və yazmağa da davam edir. Ali Baş Komandanımızın işlətdiyi  “Qarabağ Azərbaycandır!”  kimi möhtəşəm bir ifadəsi var. Və biz bu ifadəni döyüş simvolumuz edərək Qarabağı Azərbaycana qovuşdurduq. Deyilən söz, həqiqətən, öz təsdiqini tapdı və Qarabağ Azərbaycan oldu. İndi isə sıra Zəngəzurdadır. Tarixdən də bilindiyi kimi Zəngəzur Azərbaycan ərazisinə mənsubdur. 1920- ci il hadisəsinə nəzər salsaq daha dəqiq əmin olarıq ki, 101 il bundan əvvəl Zəngəzur Ermənistana verilib. Məhz buna görə də Qarabağ kimi bir gün də Zəngəzur Azərbaycandır ifadəsi səslənərək Zəngəzura qovuşacayıq. Hər zamankı kimi Azərbaycanın məqsədi bütün məsələləri sülh yolu ilə həll etmək olub. Biz yalnız qarşı tərəfin hücumlarına qarşılıq göstərmişik. Ermənistan 44 günlük müharibənin təsirini 44 il də keçsə unuda bilməz və bu səbəbdən də, yəqin ki, barbar millət olan ermənilər daha bir müharibə arzusunda olmazlar.Bu gün artıq sözün əsl mənasında Qarabağ 30 ildən sonra azad bir nəfəs alır. Azərbaycanın qarşıdakı ən böyük addımlarından biri bu torpaqlarda abadlaşdırma işləri aparacağı kimi, digər addımlarından biri isə möhkəm qarşılıqlı əməkdaşlıq məsələləridir. Ali Baş Komandanımızın bugünə qədər ölkənin siyasi həyatında başqa ölkələrlə qurduğu qarşılıqlı möhkəm əməkdaşlığı həmişə uğurla nəticələnib. Elə bu qarşılıqlı əməkdaşlığa İtaliyanı nümunə gətirə bilərik. Italiya ölkəmiz üçün çox yaxın tərəfdaşdır. Elə bunun nəticəsidir ki, strateji tərəfdaşlıq haqqında ikinci sənəd imzalandı. Və bununla da möhkəm əməkdaşlığı davam etdiririk.

Son olaraq qeyd etmək lazımdır ki, Azərbaycan hərbiçiləri qəhrəmancasına döyüşərək şəhid oldular, amma erməni hərbçiləri döyüş meydanından qaçaraq məhv oldular. Bu hadisələr onların necə qorxaq bir millət olduğunu sübut edir. Belə qorxaq millət nəyə və ya kimə güvənərək müharibə elan etdi? Ermənilərin döyüşdə qoyub-qaçdıqları silah-sursatdan məlum olur ki, Azərbaycan bir deyil, bəlkə də bir neçə ölkə ilə mübarizə aparıb. Ermənistanın təkbaşına sahib ola bilməyəcəyi “İsgəndər –M” raketi  bunu belə deməyə vadar edir. Azərbaycan bu məsələ barədə hələ də rəsmi cavab gözləyir. Bütün bunlara rəğmən, Azərbaycan həyata keçirəcəyi islahatlar ilə dünyanın inkişaf etmiş ölkələri sırasında yer alacaq. Çünki Azərbaycanın cənab İlham Əliyev kimi Ali Baş Komandanı və qorxu bilməyən bir Milləti var.

 

 

Aytən Hacıyeva,

Salyan Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki