image-1619163989_ayaz-mtellibov-3backend

“Yəqin, erməni xalqı bu dəfə axmaq yerinə qoyulub mənasız qırğınlara sürüklənməsinə yol verməyəcək…”

image-reklam_sirab_01

“Ermənistanda nə baş verməsindən asılı olmayaraq Azərbaycan xalqı və dövləti daim öz haqlı yoluyla gedəcək…”

Bəlli olduğu kimi, iyun ayında Ermənistanda növbədənkənar seçkilər nəzərdə tutulub. Azərbaycan cəmiyyətini maraqlandıran suallardan biri də budur: “Görəsən, həmin seçkilər nəticəsində qəsbkar ölkədəki faşist xislətli revanşist qüvvələr, o cümlədən Köçəryanların, Sərkisyanların başçılıq etdiyi faşist, terrorçu xislətli Qarabağ klanı yenidən hakimiyyətə gələ bilərmi?”

Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov Moderator.az-a açıqlamasında məsələni qısa şərh edib:

“Əvvəla, demək lazımdır ki, gözlənilən seçkilərdə kimləri seçib-seçməmək ermənilərin öz işidir. Amma Ermənistan vətəndaşları da kimin haqlı, kimin haqsız olduğunu yaxşı bilir. Və inanmaq istərdim ki, erməni xalqı, heç olmazsa, bundan sonra kimlərinsə onu yenidən axmaq yerinə qoyub yenidən bu ölkəyə çox baha başa gələn mənasız düşmənçilik, hərbi qarşıdurma  və itkilərə sürükləməsinə yol verməyəcək…
Onu da bir daha vurğulamaq lazımdır ki, 44 günlük  savaşdakı son Qələbəmizdən sonra gəldiyim nəticələrə görə, Ermənistanda nə baş verməsindən asılı olmayaraq Azərbaycan xalqı və dövləti daim öz haqlı yoluyla gedəcək, azad olunmuş torpaqlarımızda bərpa və quruculuq işlərini davam etdirməklə yanaşı, daim Cənubi Qafqaz xalqları arasında sülh və əmin-amanlıq yaranması uğrunda istər siyasi, istərsə də iqtisadi formatlarda əlindən gələni edəcəkdir…” – deyə sabiq dövlət başçısı vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki