image-23568779backend

Yezidilər İŞİDİ məhkəməyə verməyə hazırlaşır-ERMƏNİLƏRİN FİTVASI İLƏ 

image-reklam_sirab_01

Dünyanın hər yerindəki yezidilər İslam Dövləti ilə dava açmaq niyyətindədirlər.

 

Veteninfo.az erməni KİV-nə istinadən xəbər verir ki.bu fikri  Ermənistan Yezidilər Milli Birliyinin rəhbəri Xdır Ajoyan bildirib.Ajoyan keçirdiyi mətbuat konfransına bildirib ki, yezidilər İslam Dövləti (İD) terror qruplaşmasına qarşı beynəlxalq məhkəməyə müraciət etmək niyyətindədirlər.Onun sözlərinə görə, yezidilər İraqda soyqırım həyata keçirən şəxslərin müəyyən edilməsinə və cəzalandırılmasına nail olmaq istəyirlər. Bundan əlavə, 2014 -cü ildən bəri pozulan hüquqlarını bərpa etmək niyyətindədirlər. Birliyin rəhbəri əlavə edib ki, hazırda vəkillər çox yaxın zamanda beynəlxalq məhkəmələrə təqdim olunacaq sübutlar toplamaqla məşğuldurlar. “Əlavə olaraq, soyqırımımızı tanımayan bütün ölkələr və təşkilatlarla işləyəcəyik və bunun tanınmasını və əlaqəsi olan hər kəsin məsuliyyətə cəlb edilməsinə kömək istəyəcəyik” deyən Ajoyan vurğulayıb ki, 2018 -ci ildə Ermənistan Yezidi soyqırımını tanıyıb. 2014 -cü ilin avqustunda İslam Dövləti yaraqlıları Sincar şəhərini ələ keçirən zaman orada yaşayan yezidiləri kütləvi şəkildə edam etməyə başladılar. Nəticədə, müxtəlif mənbələrə görə, 50-60 min yezidi Şengal dağlarına qaçmaq məcburiyyətində qalıb: “İŞİD yaraqlıları dağlarda sığınacaqlarını mühasirəyə aldılar. Mühasirəyə alınanlar yemək və su çatışmazlığı yaşayırdılar. BMT-nin məlumatına görə, orda təxminən iki min yezidi öldürüldü, 5-7 min insan yaralandı və əsir götürüldü”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki