image-3d8bc58cd1474ed760dc53e0c4dde5eebackend

Zas İrəvanda: Səkkiz kəndimiz qaytarılır?- “Konkret anlaşma…”

image-reklam_sirab_01
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanda səfərdədir. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Baş nazir Nikol Paşinyan Zası qəbul edəcək. KTMT-nin baş katibi Ermənistanın Xarici İşlər və Müdafiə nazirlikləri, habelə Təhlükəsizlik Şurasında bir sıra görüşlər keçiriləcək.
Səfər sabah başa çatacaq.
“Sherg.az” olaraq Zasın ilin-ayın bu çağında İrəvana səfərini politoloq Natiq Miri ilə müzakirə etdik:
– Sizcə, KTMT-nin baş katibi nə məqsədlə düşmən ölkəyə gedir?
– KTMT-nin əsas gərginlik çərçivəsi Əfqanıstanda və Cənubi Qafqazdadır. İndiki gərgin məqamda onun səfəri təəccüblü deyil. Əlbəttə, qarşılıqlı münasibətlər barədə də danışılacaq. Belə ki, KTMT rəhbərliyinin Ermənistanla bağlı şübhələri var. Son vaxtlar sözügedən qurum aşağılanır. Paşinyan daxildə KTMT-nin Ermənistanı satmasına dair rəy yaradır. Üstəgəl, nəzərə almaq lazımdır ki, Paşinyanın KTMT-nin qoşunlarını sərhəddə yerləşdirməsi ilə bağlı rəsmi müraciəti var. Əlbəttə, bu məsələ də görüşdə müzakirə ediləcək.
– Yeri gəlmişkən, rus hərbçilərinin Qazağa yerləşməsi ilə bağlı nə düşünürsünüz?
– Sözügedən proses faktiki olaraq gedir. Ortada konkret anlaşma və geosiyasi niyyət var. Bunun nə ilə nəticələnəcəyini indidən demək çətindir. Ermənistan müxalifəti Qazağın yeddi kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə edildiyini deyir. Fəqət, biz bunun nə qədər doğru olduğunu gələcəkdə görəcəyik. Yəni rus qoşunlarınn Qazağa yerləşməsi Azərbaycanın maraqlarına nə qədər uyğundursa, bir o qədər də təhlükəli ola bilər.
– Təhlükə nədən ibarətdir?
– Bu, kəndlərin bizə qaytarılmasından ötrü deyilsə, Azərbaycan üçün arzuolunmaz vəziyyət yaranacaq. Rusiyanın aqressiv siyasəti hər kəsə məlumdur. Gələcəkdə proseslər Bakı ilə Moskva arasında toqquşmalara da gətirib çıxara bilər. Hələlik Azərbaycan XİN baş verənlərə birmənalı aydınlıq gətirmir.
– Əgər belədirsə, kəndlərin qaytarılması məsələsi necə olacaq?
– Ümid edək ki, səfər əleyhimizə deyil. Əvvəlcə Paşinyanın, sonra isə Prezident İlham Əliyevin Moskvaya səfəri onu deməyə əsas verir ki, tərəflər arasında üçtərəfli razılıq əldə olunub. Fikrimcə, sərhədlərin müəyyənləşdirilməsi zamanı səkkiz kəndimiz geri veriləcək.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki