image-1backend

Zelenski Rusiyaya sürpriz hazırladıqlarını açıqladı

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə bağlı strategiyasını dəyişmək niyyətində olduğunu açıqlayıb. Vətəninfo.az xəbər verir ki, o, bu barədə NBC News-a müsahibəsində bildirib.

“Bizim ordumuz daha sürətlə irəliləmək və Rusiyaya gözlənilməz zərbələr endirmək üçün müxtəlif planlar, müxtəlif əməliyyatlar hazırlayır.

Eyni zamanda, Zelenski etiraf edib ki, müvafiq silahlar olmadan bu cür hərəkətlər mümkün deyil.

Bundan əvvəl “The Economist” jurnalı üçün dərc olunan məqaləsində Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı Rusiya-Ukrayna müharibəsinin çıxılmaz vəziyyətə düşdüyünü bəyan edib. O etiraf edib ki, Qərbdə ondan gözlənilən qoşunların irəliləməsinin təsirli tempini təmin edə bilməyib.

Kreml buna cavab olaraq qeyd edib ki, Kiyev döyüş meydanında uğur qazanmaq şansının olmadığını nə qədər tez başa düşsə, vəziyyətin həlli perspektivi bir o qədər tez açılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki