Rusiya ilə Ukraynanın neytral status alması barədə danışıqlara hazırıq. Amma eyni zamanda, təhlükəsizlik təminatları da almalıyıq.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyaka bildirib.
“Ukrayna danışıqlar üçün həmişə imkanlar saxlayıb və saxlayacaq. O cümlədən Rusiyanın hərbi müdaxiləyə başladığı bu məqamda da. Müharibəni dayandırmaq lazımdır”, – Podolyaka deyib.