image-376148_res_01backend

1 milyon dozaya yaxın “Pfizer” aparan “Cargolux” təyyarəsi Bakıya enib

image-reklam_sirab_01

Tayvan koronavirusa qarşı çoxdan gözlədiyi “Pfizer-BioNTech” vaksininin ilk partiyasını, təxminən 1 milyon dozanı bu gün sentyabrın 2-də gecə saatlarında alıb. Veteninfo.az xəbər verir ki, Lüksemburqun “Cargolux” aviadaşımalar şirkətinin CV7962 reysi ilə uçan təyyarəsi Tayvana uçmazdan əvvəl Bakıya enib, yanacaq götürdükdən sonra yoluna davam edib.Təyyarənin yükü 932 min doza vaksindən ibarət olub.image-376149_src
Tayvan aeroportunda təyyarəni səhiyyə naziri və digər rəsmilər qarşılayıblar. Testlərdən sonra sentyabrın ortalarından Tayvanda kütləvi peyvəndlənmə başlayacaq. İkinci partiya-təxminən 900 min doza isə yaxın günlərdə çatdırılmalıdır.image-376150_src


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki