image-reklam-veteninfo
image-berde-jpgbackend

4 günlük Vətən müharibəsində şəhid olmuş, qazi olmuş soydaşlarımızın övladları üçün kukla teatrı təşkil edildi

image-reklam-veteninfo

Bərdə regional mədəniyyət idarəsi ilə Qadın  və Uşaqların Problemlərinin Araşdırılması ictimai birliyi tərəfindən 44 günlük Vətən müharibəsində şəhid olmuş, qazi olmuş soydaşlarımızın övladları üçün kukla teatrı təşkil edilmişdir.

 

Vətəninfo.az xəbər verit ki, oktyabrın 7-də Şəhid və qazilərin uşaqlarının mədəni istirahətinin təşkili adlı tədbirdə Yevlax, Bərdə, Tərtər rayonları, Mingəəçevir şəhərindən olan şəhid və qazi soydaşlarımızın azyaşlı övladları iştirak etmişdilər. Tədbiri regional idarənin rəisi Vəsilə Möhsümova açmış, Vətən müharibəsində həlak olanların ruhu sükutla yad edilmiş, dövlət himnimiz səsləndirilmişdir. Bundan sonra V.Möhsümova övladlarımızın vətənpərvərlik ruhunda təlim tərbiyəsi, mədəni istirahətlərinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlərin əhəmiyyətini vurğulamışdır. Sonra tədbir yerli aktyorların iştirakı ilə olan kukla teatrı ilə davam etmişdir.

image-berde2-jpg image-berde1-jpg image-berde-jpg

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki