image-1618157433_1605098481955_iajmghbabackend

“44 günlük Vətən savaşı xalqımızın İlham Əliyevi lider seçməkdə yanılmadığını isbatlamış oldu”

image-reklam_sirab_01

2018-ci il 11 Aprel tarixində növbədənkənar prezident seçkilərinin nəticələrinə əsasən, İlham Əliyev xalqın böyük  etimadını qazanaraq, növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı növbəti düzgün seçimini etmiş oldu.

Əlahəzrət zaman bu seçimin qiymətini verdi. Nahaq yerə deyilməyib ki, xalqlar heç zaman yanılmırlar və Azərbaycan xalqı da İlham Əliyevi özünün lideri kimi görmək istəyi ilə yanılmadığını isbatlamış oldu. Ötən il 44 günlük Vətən savaşında Azərbaycanın bir nömrəli problemi, millətin qara yarasına çevrilmiş Qarabağ dərdi həll edildi. Həmin savaş İlham Əliyevin parlaq siyasi xadim olduğunu ortaya qoydu.

İlham Əliyevin Ali Baş Komandan kimi dövlət və xalq qarşısındakı misilsiz xidməti, bütün dünyanı heyrətləndirən sərkərdəlik məharəti tarixə qızıl hərflərlə yazıldı. “Qarabağ Azərbaycandır” ifadəsi məhz cənab Prezidentin adı ilə bahəm yadda qalacaq.

İbad Hüseynov

Azərbaycanın Milli Qəhrəmanı



image-1618157433_1605098481955_iajmghbaimage-1618157258_db65ae7a-6582-4c67-ad46-d97fdc12a46d image-1618157216_fa3f8102-85b2-4fdd-9a44-3982eee82d9f image-1618157185_59cedeb1-ba17-4784-9051-344d8908348c


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki