image-21backend

ABŞ-da atışma olub, xəsarət alanlar var

image-reklam_sirab_01

ABŞ-ın Kaliforniya ştatının Uittier şəhərində keçirilən Hellouin şənliyi zamanı baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.

Veteninfo.az xəbər verir ki, bu barədə AP agentliyi Los Anceles dairəsinin şerifinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, davadan sonra naməlum şəxs tapançanı çıxararaq, şənliyin keçirildiyi evin yaxınlığında dayanan kütləni atəşə tutub.

Agentlik qeyd edib ki, xəsarət alanların 15-19 yaşları var. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kritikdir, lakin sabit qiymətləndirilir.

“Los Angeles Times” qəzetinin yazdığına görə, cinayəti törədən şəxs hadisə yerindən qaçıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki