image-1backend

ABŞ-dan sülhlə bağlı mühüm açıqlama

image-reklam_sirab_01

ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə maraqlıdır.

Vətəninfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə deyib.

“ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır. Prosesdə iştirak edən tərəflərlə sıx koordinasiyada finişə çatmaq üçün səylə çalışacağıq”, – o, jurnalistin sualını cavablandırarkən bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda mümkün görüşünə gəldikdə isə, Patel bu məsələ ilə bağlı məlumatı olmadığını vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki