image-1backend

ABŞ dövlət katibi: “Dünya  İranın  Rusiyaya hərbi dəstəyinin qarşısını almalıdır” 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, dünən ABŞ dövlət katibi Antoni Blinken BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün beynəlxalq ictimaiyyət İran və Şimali Koreya kimi ölkələrin Rusiyaya hərbi dəstək verməsinin qarşısını almalıdır.
“İran 2022-ci ildən bəri Rusiyaya dronlar ötürür və Rusiyada pilotsuz təyyarələr istehsal edən zavod tikib. Cəmi bir neçə həftə öncə Tehran Rusiyaya yüzlərlə ballistik raket göndərib. İran hökuməti bu silahlardan istifadə üçün ölkə daxilində rusiyalı əsgərlərə təlim keçib”, – deyə, Blinken vurğulayıb.
ABŞ dövlət katibi qeyd edib ki, İran və Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki