image-c3c8be0d-0924-4cbe-8c8c-baac5bd6eb03backend

“ABŞ-ın MÜHARİBƏNİ BİTİRMƏYƏ DAİR 3 VARİANTI VAR” – “Zelenski onlardan ikisini rədd edir…”

image-reklam_sirab_01

“Müharibənin sülh danışıqları yolu ilə bitirməyə dair 3 müxtəlif model var ki, onların da hər birinin administrasiyada öz tərəfdarları mövcuddur”.

Vətəninfo.az xəbər verir ki, “Washington Post” qəzetində Volodimir Zelenskinin ABŞ səfərinə dair dərc olunan yazıda belə deyilir.

Qəzet yazır ki, sözügedən 3 variantdan biri Zelenskinin ötən ay təklif etdiyi sülh planına uyğundur və Rusiya ordusunun Krım və Donbas da daxil olmaqla, bütün Ukrayna ərazisindən çıxmasını nəzərdə tutur. Digər iki variant isə Ukraynanın ərazi güzəştlərinə əsaslanır ki, bunu da Ukrayna Prezidenti qəbul etmir.

Həmin təkliflərdən birincisinə görə, rus ordusu 2014-cü il sərhədinə qayıdır. Yəni, bu il fevralın 24-ə olan vəziyyət bərpa olunur.

İkinci variantda isə işğalçı qoşunların yalnız Krım istisna olmaqla, Donbas da daxil bütün Ukrayna ərazilərindən çıxarılması nəzərdə tutulur.

 

Qəzet ABŞ administrasiyasındakı adını çəkmədiyi yüksək vəzifəli məmura istinadla yazır ki, Zelenski sözügedən iki təklifi qətiyyətlə rədd edib: “Zelenski son iki variantı qəbul etməyəcəyini dəqiq şəkildə çatdırdı. O, bildirib ki, sülh yalnız Rusiya işğalçılarının bütün işğal olunmuş ərazilərdən çıxması şərtilə mümkündür”.

Administrasiya təmsilçisi qəzetə bildirib ki, səfər zamanı Bayden Zelenskinin sülhü necə gördüyünü öyrənmək istəyib və əlavə edib ki, bu proses daha çox “akademik diskussiya” xarakteri daşıyıb. Çünki hələlik Rusiyanın real sülh danışıqları istədiyinə dair heç bir əlamət yoxdur və Kreml daxilindəki ziddiyyətlərə rəğmən, Moskva öz qoşunlarının Ukraynadan çıxarılması və sülh əldə edilməsinə aid hər hansı ciddi təklifə malik deyil.

Qəzet bildirir ki, Baydenlə Zelenski hər nə qədər birlik nümayiş etdirsələr də, onların Ukraynanın silah təminatı ilə bağlı baxışlarında fərqlər var. Belə ki, Ukrayna tərəfi ABŞ-dan ən müasir silahlarla təmin olunmasını istəsə də,

Ağ Ev hələlik buna hazır deyil. Bununla yanaşı, administrasiya təmsilçisi qeyd edib ki, ABŞ rəhbərliyi bu savaşda Ukrayna üçün “qırmızı cizgilər” qoymaq niyyətində deyil və müharibənin necə bitməsi ilə bağlı son söz Ukraynaya aiddir.“AzPolitika.info”   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki