ABŞ administrasiyası İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Siyahıya iki nazir də daxil olmaqla daha 7 məmurun adı daxil edilib.
ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, ilk növbədə İranın daxili işlər və informasiya-kommunikasiya texnologiyaları nazirləri – Əhməd Vahidi və İsa Zarepurun adları “qara siyahı”ya salınıb.
Məhdudiyyətlər “İranda internetə çıxışı bloklayan və dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edən” şəxslərə şamil edilir.


























