image-6100fcf9153366100fcf91533716274547136100fcf9153346100fcf915335backend

ABŞ-la Rusiya arasında danışıqlar BAŞLADI: Əsas müzakirə mövzusu

image-reklam_sirab_01

ABŞ-la Rusiya arasında təhlükəsizliyə təminat məsələlərinə dair danışıqlar başlayıb.

Veteninfo.az “TASS”a istinadən xəbər verir ki, görüş İsveçrənin Cenevrədəki ABŞ nümayəndəliyində keçirilir.

Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ın nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edir.

Məsləhətləşmələrdə əsas müzakirə mövzusu Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair müqavilə layihəsidir.

Qeyd edək ki, Rusiya təhlükəsizliyinə təminatla bağlı ABŞ və NATO-ya təkliflərini təqdim edib. Yanvarın 12-də isə Rusiya təmsilçiləri ilə NATO nümayəndələri arasında görüşün keçirilməsi planlaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki