image-373719_res_01backend

Abşeron sakininin 7700 manatının qonşusu tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işi açıldı

image-reklam_sirab_01

Abşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Səfərov Qabil Abdulla oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı ərizəsi Abşeron rayon prokurorluğu tərəfindən nəzarətə götürülüb. Baş Prokurorluğun mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, müraciət əsasında Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin dələduzluq, təkrar törədildikdə və dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddələri ilə cinayət işi başlanıb.

Prokurorluğa müraciət edərək məmnun qalan zərərçəkmiş Əbülfət Əlizadə Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun Mətbuat xidməti bununla bağlı videoçarxı ictimaiyyətə təqdim edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki