image-532522be7ff81951609273654backend

Adını əbədiyyətə qovuşduran Vətən oğullarının əmanətlərinə dövlət qayğısı.

image-reklam_sirab_01

Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Xüsusən şəhid ailələri, qazilər və müharibə iştirakçıları dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunmuşdur.
“Vətən Müharibəsi şəhidləri”. Bu gün bütün Azərbaycan xalqı onları belə tanıyır, belə yadda saxlayır. Onlarla igid Vətən oğulunun düşmən həmləsini dəf edərək, misilsiz qəhrəmanlıq göstərməsi, qəhrəmanlıqla əks-hücuma keçməsi ilə o gün Azərbaycan qələbənin böyük tarixini yazdı. O gün Azərbaycan əsgərinin düşmənin “keçilməyən səddini” bir göz qırpımında keçib Vətənimizin bir parçası olan indiki Ermənistanı da almaq gücünü görən düşmənin havadarları qorxuya düşüb əllərindən gələni etdilər ki, bu el gücünün, xalqın daşmış səbrinin qarşısını kəssinlər. Onlar kəsə bilmədilər, amma biz sülhə, əmin-amanlığa xatir o ildırım sürətli yürüşü dayandırdıq
Hərəsi bir kənddə, bir şəhərdə doğulsa da, bu gün onların bir ünvanı var: Azərbaycan! Buna görə də şəhidlər bütün azərbaycanlıların ailə üzvü, qardaşı, atasıdır. Onların xatirələrini yaşatmaq, əmanətlərinə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Dövlətimiz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, daha yaxşı yaşam şəraitinin qurulması üçün layihələr, qanunlar hazırlayır və bu sayədə şəhidlərimizin ailələri dövlətin qayğısını hər zaman hiss edir. Şəhid ailələrinə verilən imtiyazlar sırasında bunları sadalaya bilərik:
1. Birdəfəlik sığorta ödənişi – həlak olmuş hərbi qulluqçuların ailələrinə 11000 manat sığorta ödənişi həyata keçirilir (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən);
2. Dəfn mərasiminin təşkili üçün maliyyə yardımı – şəhidin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən);
3. Azərbaycan Respublikası Prezidentinin təqaüdü (aylıq) – şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (500 manat) ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
4. Sanatoriya-kurort müalicəsi – şəhid ailəsi üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
5. Təhsil – şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən);
6. Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması, məqsədli proqramların icrası- Şəhid ailəsi üzvləri də daxil olmaqla həssas kateqoriyalardan olan şəxsləri əhatə edəcək xüsusi layihələrin həyata keçirilməsi və s.
Siyahını uzatmaq mümkündür, çünki şəhid ailələri ilə bağlı vaxtaşırı yeni layihələr, proqramlar hazırlanmaqda davam edir. Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir. Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır
Şəmilova Dünya Mərdan
Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki