image-3backend

AGAT-dan gözəl layihə: Şəhid ailələri və qazilər üçün…

image-reklam_sirab_01

“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə Bakı şəhərində “Dəstək” adlı layihəsini həyata keçirmişdir.

Layihənin əsas məqsədi dövlətimizin sosial siyasətinə dəstək olaraq şəhid ailələri və qazilərin övladlarına psixoloji reabilitasiya təlimlərini keçirilməsi, onları müasir alternativ biliklərə yiyələndirməkdir.

Layihə çərçivəsində AGAT Qarabağ müharibəsində 15 nəfər fiziki qabiliyyətini qismən itirmiş, o cümlədən şəhid ailələri və qazilərinin övladları İnsan Resurslarının İdarə edilməsi (HR) və “Sosial Media Marketinq” (SMM) ixtisası üzrə yeni peşəyə yiyələnmələrini məqsəd olaraq qarşıya qoymuşdur.

AGAT-ın idarə heyətinin üzvü, layihənin rəhbəri Fəridə Əkbərli layihə çərçivəsində hədəf qrupuna psixoloji dəstəklə bərabər peşə təhsilinin müsbət nəticə verəcəyinə, yüksək motivasiya və alternativ bacarıqlar qazancaqlarına inandığını vurğuladı. Seçilmiş yeni peşələr fiziki məhdudiyyəti olan insanlara evdən işləməyə imkan yaradacağını bildirdi.

Daha sonra İnsan Resurslarının İdarə edilməsi (HR) üzrə peşəyə sahib olmaq istəyən layihə iştirakçılarına peşəkər təlimçi, Böyük Britaniya Krallığının Kommersiya Menecmentlik İnstitutunun HR üzrə məzunu Günel İbrahim HR üzrə təlimləri həyata keçirmişdir. Qalan digər layihə iştirakçıları SMM üzrə təlimlərə qoşulmuşdur. SMM üzrə təlimçi Flora Ağayeva, müasir zamanda bu peşənin azktuallığını, vacibliyini, sosial media üzrə biliklərə yiyələnməyin həyatımıza və gələcəkdə planladığımız işlərə təsirinin müsbət yönlərindən bəhs etmişdir. Layihə müddətində psixoloq Sevda Həsənova 15 nəfər layihə iştirakçıları ilə görüşmüş, qiymətləndirmə apararaq, peşə seçimi üzrə dəstək göstərmişdir.

Təlimin sonunda 15 nəfər iştirakçıya sertifikat təqdim ediləcək. Layihə iştirakçılarının gələcəkdə işlə təminatına köməklik göstəriləcəkdir.

image-1 image-2

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki