image-img-20221010-wa0004backend

Ağdam Forumu dünya şəhərsalma təcrübəsinin öyrənilməsi və tədbiqi baxımından beynəlxalq əhəmiyyətlidir

image-reklam_sirab_01

Oktyabr ayının 5-də Ağdam şəhərində Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi”-postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Milli Şəhərsalma Forumu işə başladı. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən keçirilən Forum sonuncu dəfə bu il iyun ayının 27-də Polşanın Katovitse şəhərində baş tutmuşdu. Hələ Polşada Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişək” mövzusunda keçirilən videokonfransın 11-ci sessiyasında çıxış edən cənab Prezident İlham Əliyev növbəti sessiyalara böyük məmuniyyətlə ev sahibliyi etməyi təklif etmişdi. Ölkəmizdə ilk dəfə olaraq Ağdamda keçirilən Foruma dünyanın 44 ölkəsindən olmaqla 130-dan çox təcrübəli mütəxəssisləri toplaşmışdı. Belə geniş tərkibli platforma bir çox nöqteyi-nəzərdən önemli idi. Beləki postmüharibə dövründə dağıdılmış şəhərlərin yenidən bərpası, dayanıqlı inkişafın təmin edilməsi və geniş əməkdaşlıq üçün bir fürsət rolunu oynayan tədbir Ağdamın tarixində hələ uzun illər iz buraxacaq. Tədbiri bizim üçün önəmli edən nüanslardan biri də BMT-nin struktur rəhbərinin tədbirdə işirak etməsi və erməni vəhşiliyini öz gözü ilə görməsi oldu. Bu da dünya erməniliyinə vurulmuş ciddi diplomatik-siyasi zərbələrdən biri idi. Ağdamın müharibə zamanı deyil, atəşkəsdən keçən 30 il ərzində talan edildiyi Forum iştirakçılarının nəzərinə çatdırıldı.
Ümumilikdə Azərbaycan bir çox beynəlxalq tədbirlərə, Forumlara dəfələrlə ev sahibliyi edib. Amma bu tamam fəqli bir platforma idi. Şəhərsalma sahəsində müxtəlif biliklərə sahib mütəxəssislərin təcrübəsi baxımından tədbirin məhz Ağdamda, erməni vandalları tərəfindən dağıdılmış şəhərdə keçirilməsi müstəsna əhəmiyyətə malik idi.
Forumu giriş sözü ilə açan Prezident İlham Əliyev bir çox vacib məsələlərə toxundu. Biz bu çıxışda dərin məzmun, qətiyyət, informativlik və beynəlxalq aləmə yerində və dəqiq ötürülmüş ismarıcları gördük.
Ölkə rəhbərinin çıxışında diqqət çəkən məqamlardan biri də ATƏT-in Minsk qrupunun 30 il ərzində fəaliyyətsizliyi idi. Azərbaycanın öz gücü hesabına əldə etdiyi bu haqlı və ədalətli savaşdan sonra bəzi dairələr tərəfindən Minsk üçlüsünü yenidən dirçəltmək çabaları xalqımız tərəfindən ikrahla qarşılanır. Bu illər ərzində bircə dəfə də olsun təcavüzkar Ermənistanı qınamayan, davam edən bu ədalətsizliyə göz yuman, BMT-nin qətnamələrinin icrası üçün heç bir addım atmayan Minsk Qrupu bir növ erməni işğalını legitimləşdirməklə məşğul idi. Artıq Azərbaycan güclüdür və bütün məsələlərini özü heç bir beynəlxalq təşkilatın yardımı olmadan özü həll edir.
Forumda diqqət çəkən digər məsələ isə ölkə rəhbərinin dilindən səsləndirilən və Qarabağda yaşayan erməni əhalisi barədə olan çıxış idi. “Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik” deyən cənab Prezident bununla da Qarabağda yaşayan erməni əhalisinin aqibəti baradə sözdə narahatçılıq keçirən bəzi dairələrə öz fikrini açıq şəkildə bəyan elədi.
Bundan sonra qalib dövlət kimi Arzərbaycanın məqsədi ondan ibarətdir ki, işğaldan azad olunmuş regionlar qısa zamanda insanların yaşaması üçün ən müasir meyarlara cavab verən formada bərpa olunsun və Ermənistanla sülh müqaviləsi imzalansın.
Milli Şəhərsalma Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Dünya şəhərsalma təcrübəsinin mənimsənilməsi və tədbiq edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da bu Form uğurlu platformadır.

 

Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı-Zeynalov Eldəniz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki