image-agstafa-rihbackend

Ağstafa İcra Hakimiyyətindən Aslan ismayılova-CAVAB VERİLDİ

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, ötən gün hüquqşünas,davamlı olaraq müxtəlif istiqamətlərdə bildi-bilmədi açıqlamalar verən, Aslan İsmayılov  bu dəfə də Ağstafa rayon icra hakimiyyətinin başçsı Seymur orucovu qaralamağa cəht edib.

Öz facebook səhifəsində Ağstafa rayon İcra başçısı Seymur Orucovun 44 günlük Vətən Müharibəsində şəhid olmuş, sağlamlıqlarını itirmiş müharibə iştirakçılarına və ailələrinə qarşı biganə davrandığını və onlara diqqət yetirməməsi barədə stat paylaşmışdı.O qeyd etmişdiki Ağstafa rayon İcra başçısı 36 yaşlı Seymur Orucov bir dəfə də olsun bu problemlərin həllində hansısa addım atmayıb. Böyük Kəsik kənd sakinləri öz hesablarına açdıqları bulağın açılışına qatılmağı belə özünə rəva bilməyib. Əvəzində həftə sonlarını Bakıda yaxşı vaxt keçirməyi bacarır.

Redaksiyamıza RİH-dən İsmayılovun yaydığı açıqlama ilə bağlı  cavab açıqlaması daxil olub.

Açıqlamada deyilir:

Aslan İsmayılovun “facebook” səhifəsində və bir neçə saytda Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı Yusifli Azər Nazim oğlunun ailəsinə Ağstafa RİH tərəfindən biganə münasibət göstərilməsi barədə dərc olunan qərəzli yazılar heç bir həqiqəti əks etdirmir.
Bildiririk ki, RİH başçısının müvafiq sərəncamına əsasən Ağstafa şəhərində Ağamalıoğlu küçəsi Azər Yusifli küçəsi adlandırılmışdır. Ağstafa RİH başçısı şəhidin dəfn mərasimində iştirak etmiş və iki dəfə ailəsini ziyarət etmişdir. Şəhidin təhsil aldığı Böyük Kəsik kənd tam orta məktəbinə adının verilməsi ilə bağlı RİH tərəfindən aidiyyəti üzrə müraciət olunmuşdur.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki