Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayədələri iştirak ediblər.
Əvvəlcə Ağstafa şəhərinin mərkəzində Vətən müharibəsi şəhidlərimizin xatirəsinə inşa olunmuş Memorial Abidə Kompleksi ziyarət olunub. Memorial Kompleksin səkkiz guşəli ulduzunda alovlanan məşəl önünə əklil qoyulub, aypara abidəsi üstünə qızıl gül və qərənfillər düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib.
Anım tədbiri Ağstafa RİH başçısı aparatının konfrans zalında davam etdirilib.
Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının vətorpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısı qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecəerməni faşistləri və onların havadarları tərəfindən törədilmiş Xocalı qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayət idi.Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonraXocalı faciəsi özünün hüquqi-siyasi qiymətini ala bildi.Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı.44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləAzərbaycan Ordusu qazandığı şanlı Zəfər nəticəsində ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpaetməklə yanaşı, bütün şəhidlərimizin, Xocalı soyqırımının günahsız qurbanlarının qisasını da aldı.
Tədbirdə digər natiqlər, Ağstafa Rayon Prokurorluğunun böyük müstəntiqi Toğrul Həsənov, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Solmaz Nağıyeva, Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin könüllülər üzrə kordinatoru Ayşə Qasımova və Vurğun qəsəbə tam orta məktəbin tarix müəllimi Nizami Alıyev erməni faşizminin qanlı əməli kimiXX əsrin ən böyük bəşəri cinayətlərindən olan Xocalı soyqırımı haqqında geniş məruzələrlə çıxış ediblər.