image-7backend

Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin ev muzeyi ziyarət olunub

image-reklam_sirab_01

Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin ev muzeyi ziyarət olunub və Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil olunub.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanının atası Nazim Yusifov, Ağstafa RİH başçısı Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ağstafa rayon Təşkilatının məsul şəxsləri, ağstafalı şairə Cığatel İsaqızı iştirak ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar oxunub, Ramazan ayının fəzilətlərindən və savablarından bəhs olunub.Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində milli və dini dəyərlərə hörmət, tolerantlıq dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə dini, irqi, siyasi və dil mənsubiyyətindən asılı olmayaraq eyni statusa malik olan Azərbaycan vətəndaşlarının hüquqları dövlətimiz tərəfindənyüksək səviyyədə qorunur.

Nazim Yusifov ölkəmizdə şəhid ailələrinin üzvlərinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

image-1 image-2 image-2c697d0888b2225d16e544310513c890 image-3 image-4 image-5 image-6 image-7


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki