image-11-4backend

Ağstafalı Vətən müharibəsi şəhidimiz Rusif Asim oğlu Quliyevin cənnətdəki ilk doğum günü qeyd olunub.

image-reklam_sirab_01

Daha bir Vətən müharibəsi şəhidimiz Yenigün kəndindən olan  Rusif Asim oğlu Quliyevin cənnətdəki ilk doğum günü qeyd olunub. Bu əlamətdar gün münasibətilə rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir qrup rəhbər şəxsləri ilə birlikdə şəhidimizin ailəsini doğma evində ziyarət edib. Hərbiçi yoldaşlarının da iştirak etdiyi ziyarətdə şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş söz açılıb.

Rusif, 9 sentyabr 1989-cu il tarixində Yenigün kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olan əsgər kimi 44 günlük Vətən müharibəsi zamanı Murovdağ və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il noyabrın 5-də Şuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Özündən sonra şəhidimizin bir qız övladı yadigar qalıb.

R.Quliyev, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki