image-22-7backend

Ağstafanın Vurğun qəsəbəsində əsaslı yenidən qurulan şəhidlərin abidə-kompleksinin açılışı olub

image-reklam_sirab_01

Ağstafa rayonunun Vurğun qəsəbəsinin mərkəzində 1990-cı illərdə şəhidlərin xatirəsinə inşa olunmuş abidə-kompleksi yenidən qurulub. Kompleksdə qəsəbədən olan 1 nəfər 20 Yanvar, 5 nəfər 1-ci Qarabağ müharibəsi və 3 nəfər Vətən müharibəsi şəhidimizin adları əbədiləşdirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə oraqnlarının rəhbərləri, şəhidlərin yaxınları, müharibə iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları vətən uğrunda şəhidlik zirvəsinə yüksəlmiş oğullarımızın xatirə lövhələri önünə tər qərənfillər düzərək əziz xatirələrinə ehtiramlarını bildiriblər.

Açılış mərasimində çıxış edənlər şəhidlərin ölkəmizin suverenliyi və azadlığı uğrunda  göstərdikləri qəhrəmanlıqlardan, eləcə də ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıblar.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki