image-5backend

AHİK-in İcraiyyə Komitəsi mühüm qərarlar qəbul edib

image-reklam_sirab_01

Avqustun 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.

İclası giriş sözü ilə açan AHİK sədri, millət vəkili Səttar Möhbalıyev iclasın gündəliyinə AHİK-in İcraiyyə Komitəsinin və Aparatının 2021-ci ilin II yarımilliyi üçün iş planı, AHİK-in Məclisi və İcraiyyə Komitəsinin tərkibində qismən dəyişikliklər edilməsi, Turizm və Ekskursiyalar Şurasına maliyyə yardımının ayrılması, həmçinin “YAŞAT” Fonduna, Qarabağ Dirçəliş Fonduna, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə, Türkiyədə baş vermiş meşə yanğınları ilə əlaqədar qardaş ölkəyə yardım edilməsi üçün maliyyə vəsaitinin ayrılması, eləcə də digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.

AHİK-in İcraiyyə Komitəsinin və Aparatının 2021-ci ilin ikinci yarımilliyi üçün iş planına AHİK-in IV Məclisinin çağırılması, 2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının verilməsi haqqında İK-nın qərarının icrası, Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsilə maliyyələşdirilən xərclərin smetasının təsdiqi, AHİK nümayəndələrinin həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı olan beynəlxalq tədbirlərdə iştirakının təmin olunması daxildir. İş planında həmçinin 2021-ci ilin I yarımilliyində sahə həmkarlar ittifaqlarının texniki əmək müfəttişlərinin fəaliyyətini təhlil edib, bədbəxt hadisələrin yaranma səbəblərinin aradan qaldırılması üçün təkliflər hazırlamaq, Yay mövsümü ilə bağlı həmkarlar ittifaqlarına aid olan sanatoriya-kurort müəssisələrində təhlükəsizlik tələblərinə əməl edilməsi üçün sahə həmkarlar ittifaqı orqanlarına praktiki yardım göstərmək, Həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi üzrə komissiyalar, əməyin mühafizəsi üzrə ictimai müvəkkillər üçün metodiki vəsaiti capa hazırlamaq, Ümümdünya Layiqli Əmək Gününə (7 oktyabr) həsr olunmuş tədbirlərin təşkilində iştirak etmək və pandemiya nəticəsində yaranmış mövcud əlverişsiz epidemioloji şəraitlə əlaqədar iş yerlərində əməyin mühafizəsi tələblərinə riayət olunmasında sahə HİK-lərə praktiki köməklik göstərmək, AHİK-ə daxil olmuş ərizə və məktublara vaxtında və əsaslandırılmış cavablar hazırlanmasını təmin etmək, Pandemiyadan sonrakı dövrdə həmkarlar ittifaqları tərəfindən görüləcək işləri planlaşdırmaq və digər cari məsələlər nəzərdə tutulub.

 

Maliyyə yardımının ayrılması ilə bağlı məsələnin müzakirəsi zamanı bildirilib ki, “YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı, cəmiyyət və dövlət birliyini əks etdirir. Fondun yaradılması cənab Prezident İlham Əliyevin qazilərə və şəhid ailələrinə qayğısının təzahürüdür. Qeyd olunub ki, şəhid ailələri və qaziləri diqqətdə saxlamaq hər birimizin müqəddəs borcudur. Unutmamalıyıq ki, onlar dövlətimiz, Vətənimiz uğrunda canlarını əsirgəməyiblər. Dövlətimiz tərəfindən irəli sürülən bütün bu kimi təşəbbüslər AHİK və üzv təşkilatlar tərəfindən hər zaman ən yüksək səviyyədə dəstəklənib və mütəmadi olaraq belə sosialyönümlü fondların hesabına ianələr köçürülüb. Vurğulanıb ki, “YAŞAT” Fonduna indiyə kimi AHİK tərəfindən 586 510 manat vəsait köçürülüb.

 

Bundan başqa, qeyd olunub ki, Qarabağ Dirçəliş Fondu dövlətin Qarabağ siyasətinin tərkib hissəsidir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimiz tamamilə yenidən qurulur, infrastruktur yaradılır, müasir şəhər, qəsəbə və kəndlər tikilir, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gəlir, yaxın vaxtlarda məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Artıq bəzi iri layihələr yekunlaşmaq üzrədir. Həmin ərazilərin bərpa olunmasında pay sahibi olmaq üçün Qarabağ Dirçəliş Fondu əlverişli bir platformadır. Bölgədə həyat bərpa olduqdan sonra ölkəmizin iqtisadi qüdrəti daha da artacaq və bunu hər bir vətəndaşımız öz həyatında hiss edəcək. Həmçinin əlavə olunub ki, Qarabağ Dirçəliş Fonduna AHİK tərəfindən bu günə qədər 600 000 manat məbləğində vəsait köçürülüb və bu ənənə bundan sonra da davam etdiriləcək.

 

İclasda daha sonra Türkiyədə baş vermiş meşə yanğınları və nəticədə insanların həlak olması ilə bağlı narahatlıqlar iştirakçıların diqqətinə çatdırıldı. Bildirilib ki, Azərbaycan və Türkiyə ən xoş və ağır günlərdə bir-birinin yanındadır və bu, qardaş münasibətidir. Hamı 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyinə şahid oldu. Azərbaycan da Türkiyədə meşə yanğınları başlayan kimi reaksiya verdi. Yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında tərəddüdsüz Azərbaycan Türkiyənin yanında oldu. Ölkəmizdən 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarə, 93 texnika və 710 nəfər yanğınsöndürən heyəti qardaş Türkiyəyə kömək üçün göndərildi. Yanğınsöndürənlərimizin göstərdiyi fədakarlıqdan qardaş ölkənin, demək olar ki, bütün mediası bəhs etdi, sosial şəbəkələrdə müzakirə mövzusu oldu. Eyni zamanda AHİK sədri, millət vəkili Səttar Möhbalıyev də baş vermiş yanğınlar nəticəsində həlak olanlarla bağlı Türkiyənin həmkarlar ittifaqları sədrlərinə başsağlığı verib və həmrəyliyini ifadə edib. Qeyd olunub ki, bu cür təxribatlarla Türkiyəni zəiflətmək niyyətində olan qüvvələr yanılırlar. Türkiyə qədim tarixə malik bir ölkədir və bu gün regionun lider dövləti rolunda çıxış edir.

Gündəlikdəki digər məsələlər barəsində də İcraiyyə Komitəsinin üzvləri müzakirə edib fikir mübadiləsi apardılar.image-1-1 image-2-1 image-3image-4Veteninfo.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki