image-aleksandar-vucic-ilham-alijevbackend

“Aleksandr Vuçiç  İlham Əliyevin nüfuzunun dünya səhnəsində yüksəldiyini deyəndə haqlıdır”- Natan Albahari  

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belqrada fövqəladə səfəri Serbiya mətbuatında Belqrad üçün əlamətdar, mühüm və faydalı səfər olaraq qiymətləndirilməkdə davam edir. Serbiya parlamentin üzvü və Azad Vətəndaşlar Hərəkatının beynəlxalq katibi Natan Albahari  bu ölkənin “Danas.rs” saytına müsahibəsində bildirib ki, Serbiyada neft, qaz və elektrik enerjisinin azalması getdikcə daha çox hiss olunur. Onun sözlərinə görə dünyadakı hazırkı vəziyyətlə əlaqədar olaraq Azərbaycanın əhəmiyyəti, yəni nəhəng enerji ehtiyatları böyük mövzuya çevrilib. Enerji mənbələrindən əldə etdikləri gəlirlərin dövlət xəzinəsini bol-bol doldurduğu bir şəraitdə Bakının maliyyə imkanları da əhəmiyyətlidir: “ Və burada Serbiya Prezidenti Aleksandr Vuçiç  İlham Əliyevin nüfuzunun dünya səhnəsində yüksəldiyini deyəndə haqlıdır”. “Serbiya ilə Azərbaycan arasında yeddi birgə müqavilə imzaladıqdan sonra Vuçiç bildirdi ki, İlham Əliyev indi Avropanın ən populyar adamıdır.İndi hamı İlham Əliyevin ölkəsinin  qazı ilə maraqlanır. Birgə mətbuat konfransında o, Azərbaycanın böyük təbii qaz ehtiyatlarına malik olduğunu, Serbiyanın bu ölkə ilə tərəfdaşlıq edərək enerji təhlükəsizliyini təmin etməyə çalışacağını bildirib”.

Zərri

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki