image-8fa25fdf-47f0-3a8d-8c30-76f52572ccbb_850backend

Alimlər Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıblar

image-reklam_sirab_01

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb.

Çin Universitetinin geokimyaçısı Hao Jihuanın rəhbərlik etdiyi tədqiqatçılar qrupu buz təbəqəsi ilə örtülmüş Enselad okeanında bioloji həyat üçün zəruri element – fosforun ola biləcəyini irəli sürüblər.

Fosfor insan və heyvanlarda sümüklərin, hüceyrə membranlarının və DNT-nin vacib komponentidir. Bundan əvvəl alimlər peykdə hidrogen, azot, oksigen və kükürd – həyatın yaranması üçün vacib elementlər aşkar ediblər.

Tədqiqatçılar Enselad okeanının qayalı dibinin su və süxurların qarşılıqlı təsir modelini yaradıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki