image-1backend

Almaniya Əfqanıstana humanitar yardım üçün 600 milyon avro ayıracaq

image-reklam_sirab_01

Almaniya Əfqanıstan əhalisinə humanitar yardım üçün vəsait ayıracaq.

Veteninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel G20 liderləri ilə Əfqanıstan üzrə danışıqların yekununda jurnalistlərə deyib.

“Bu gün Almaniya tərəfdən bir daha təsdiq etdik ki, bu il humanitar problemlərin həllinə kömək etmək üçün 600 milyon avro ayıracağıq, çünki iqtisadi çöküşün qarşısını almaq lazımdır. Biz BMT-nin bütün təşkilatlarının humanitar yardım göstərə bilməsini tələb edirik”, – Merkel bildirib.

Kansler vurğulayıb ki, Əfqanıstanda təhlükə altında olan müxtəlif ölkələrdən olan vətəndaşların təxliyəsi üçün hava limanına çıxış əlçatan olmalıdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki