image-6f6cea66-36c8-4f6b-94d4-3d6db4ee3f02backend

AMEA-nın elmi katibinin məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub

image-reklam_sirab_01

 

 

AMEA-nın Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun həmmüəllifi olduğu “Müxtəlif şəraitə malik iqtisadi rayonlar üzrə bərpa olunan enerji mənbələrinin müəyyən edilməsi: Azərbaycan nümunəsində (Selection of renewables for economic regions with diverse conditions: the case of Azerbaijan)” başlıqlı elmi məqalə yüksək impakt faktor göstəricisi 3,889 olan İsveçrənin beynəlxalq nüfuzlu “Sustainability” jurnalında çap edilib.

Məqalədə respublikanın Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə bərpa olunan enerji mənbələrinin öyrənilməsi istiqamətində müxtəlif iqtisadi metodlar əsasında elmi-tədqiqat işləri aparılıb, əldə olunmuş nəticələr geniş təhlil edilib.

Təhlillər göstərir ki, ölkənin iqtisadi rayonlarının yerləşdiyi coğrafi mövqe, təbii ehtiyatların müxtəlifliyi, bərpa olunan enerji mənbələrinin qeyri-bərabər paylanması və bir sıra digər amillər bərpa olunan enerji mənbələrindən istifadə seçimində qruplaşdırma və xüsusi yanaşmanı tələb edir. Bu məqsədlə dərin iqtisadi araşdırmalara əsaslanan Qeyri-səlis çoxluqlar nəzəriyyəsindən istifadə olunub. Problemin həlli istiqamətləri birbaşa riyazi hesablamalar əsasında müəyyənləşdirilib.

Qeyd edək ki, yüksək reytinqə malik “Sustainability” jurnalı “Web of Science”: SCIE və SSCI, Scopus, GEOBASE, GeoRef, Inspec, AGRIS, RePEc, CAPlus/SciFinder və digər beynəlxalq elmi məlumat bazalarında indeksləşdirilib.

Elmi-tədqiqat işi sertifikata layiq görülüb.

 

image-56ef6aab-f72c-46a5-9f28-1d06f4660879


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki