image-99565550-ec90-3e81-9669-83720d842dcb_850backend

“Apple” CEO-su şirkətdən 750 milyon dollarlıq səhm paketi alıb

image-reklam_sirab_01

ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən yayılan bir sənədə görə, “Apple” CEO-su Tim Kuk bu həftə şirkətin səhmlərini alıb.

apple-ceo-su-sirketden-750-milyon-dollarliq-sehm-paketi-alib. Veteninfo.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

“Bloomberg News”un hesablamalarına əsasən, satınalma təxminən 750 milyon ABŞ dolları dəyərində olan təxminən 5 milyon səhmdən ibarətdir. Bununla da, Kuk bu il vəzifəyə başlayanda razılaşdığı müqavilə çərçivəsində haqq etdiyi ən böyük payı alıb.

Qeyd edək ki, “Apple”ın səhmlərinin dəyəri T.Kukun 2011 -ci ildə CEO vəzifəsinə gəldikdən sonra 1 200 % artıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki