image-2c8e818a-7e08-3abc-9327-b5645bf73b50_850backend

AQTA yanında İctimai Şura istehlakçılara və sahibkarlara müraciət ünvanlayıb

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın sədri cənab Nazim Səfərov Ramazan ayı ilə əlaqədar istehlakçılara və sahibkarlara müraciət ünvanlayıb.

Veteninfo.az xəbər verir ki, müraciətdə deyilir:

“Ramazan ayında oruc tutan insanların qida qəbulu fərqlidir. Oruc tutan insanların imsakdan sonra gün ərzində uzun müddət qida qəbul etməməsi səbəbindən onların balanslı və keyfiyyətli qidalanmaya üstünlük vermələri tövsiyə olunur. Beləliklə, insan orqanizminin ehtiyacı olduğu qidaların balanslı şəkildə qəbulu çox mühüm amillərdən biridir.

Ramazan ayında oruc tutan hər kəsi qida rasionuna diqqət yetirməyə, qidalanma ilə bağlı AQTA və Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməyə çağırıram. İmsak və iftar üçün qidalar alarkən onların yararlılıq müddətinə və saxlanma şəraitinə diqqət yetirməyiniz vacibdir. Xüsusilə, ət və ağartı məhsulları alarkən daha da diqqətli olmaq lazımdır.

Həmçinin sahibkarları da bu müqəddəs ayda daha həssas olmağa çağırıram.

Hörmətli sahibkarlar!

Əlbəttə, siz sahibkarlar ilin bütün aylarında müştərilərə və istehlakçılara keyfiyyətli məhsul təqdim etməlisiniz. Ramazan ayında oruc tutan insanların gün batana qədər qida qəbul etməməsini, habelə kütləvi iftar mərasimlərinin keçirilməsini nəzərə alaraq istehsal etdiyiniz və təqdim etdiyiniz məhsullara daha da həssas yanaşmağınızı xahiş edirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image