Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər əməkdaşlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib.
Həmçinin Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Sonra Dövlət Agentliyində təşkil olunan tədbirdə Ülvi Mehdiyev əməkdaşlara peşə bayramı, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb, onlara növbəti, 2023-cü ildə uğurlar arzulayıb.