image-27backend

Azad edilən ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat keçirilib

image-reklam_sirab_01

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin yanvar-iyun ayları ərzində neytral vasitəçi qismində iştirakı ilə son döyüşlərin təsirinə məruz qalan ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edib”.

Veteninfo.az xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, 283 bioloji referent nümunəsi 1990-ci illərdə itkin düşən şəxslərin 118 ailəsindən toplanıb: “3 müşayiətçi bioloji referent nümunələrinin toplanması prosesi zamanı itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərib. 67 itkin düşmüş şəxsin ailəsinə nağd pul yardımı göstərilib. 30 müşayiətçi itkin düşmüş şəxslərin ailələrinə COVID-19 pandemiyası və eskalasiya ilə əlaqədar məsafədən dəstək göstərməyə davam edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki