image-azonbackend

Azərbaycan ozon qatını qoruyan ölkələr sırasındadır

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən 16 sentyabr tarixi “Ozon qatının mühafizəsi günü” kimi qeyd edilir.

Hazırda Azərbaycan sözügedən konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır.

Bu barədə Ekologiya və təbii sərvətlər nazirliy xəbər verib.

Məlumatda deyilir ki, ölkədə müxtəlif layihələr çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq azalmağa doğru gedir.

Sənaye müəssisələrinin modernizasiyası, müasir soyuducu və kondensionerlərin ölkəyə idxalının artırılması bu məqsədə xidmət edir.

Nazirliyin verdiyi məlumatda Azərbaycanın “Ozon qatının qorunması haqqında Vyana konvensiyası”na, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair sazişə 1996-cı ildən qoşulub.

“Ölkəmizdə bu beynəlxalq müqavilələrə qoşulmaqla qlobal ekoloji problem olan ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb. Götürülmüş öhdəlik sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondensionerlərin ODM olmayan daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təmin edilməsindən, ODM-li cihaz və avadanlıqların ölkəyə idxalının ildən- ilə azaldılmasına, son nəticədə isə tamamilə qadağan edilməsinə nail olunmasından ibarətdir. “ deyə məlumatda qeyd edilib.

Azərbaycanda müxtəlif layihələr çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq azalmağa doğru gedir.

Nazirlik qeyd edir ki, Azərbaycan sözügedən konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır.

Beynəlxalq ozon qatının qorunması gününün keçirilməsində əsas məqsəd Yer kürəsindəki bütün canlı aləm üçün mühüm əhəmiyyət kəsb edən ozon qatının təhlükə qarşısında olmasını dünya ictimaiyyətinin nəzərinə çatdırmaq və onun qorunmasına diqqət yönəltməkdir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki