image-23backend

“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməklə beynəlxalq sülhün və təhlükəsizliyin güclənməsinə əsaslı töhfə verir”

image-reklam_sirab_01

“Azərbaycan bir sıra beynəlxalq qurumlarda, o cümlədən Qoşulmama Hərəkatında uğurla təmsil olunur. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv olub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir: “Öz növbəsində bu təşkilat da öz ənənəsinə sadiq qalaraq Vətən müharibəsi dövründə Azərbaycana dəstəyini davam etdirdi. Dost ölkələrin, o cümlədən də Qoşulmama Hərəkatının müharibə dövründə verdikləri siyasi və mənəvi dəstək ölkəmizin özünəinam hissini daha da artırdı və biz müharibəni qələbə ilə başa vurduq”.

image-24

Deputat bildirib ki, bu qurumun bütün iclasları kimi, Serbiyanın paytaxtı Belqradda keçirilən toplantısı da Azərbaycan üçün yaddaqalan olub: “Məlum olduğu kimi, Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçirilib. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib. Dövlət başçısı toplantıdakı çıxışında bır çox vacib məqamlara, o cümlədən keçmiş “Dağlıq Qarabağ” münaqişəsi məsələsinə toxundu. Daha doğrusu, cənab Prezident daha bir mötəbər beynəlxalq tribunadan “Dağlıq Qarabağ” münaqişəsinin keçmişdə qaldığını elan etdi”.

V.İskəndərov deyib ki, dövlət başçısı həmin çıxışında Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdi: “Bəli, bu olduqca önəmli idi. Cənab Prezidentin də bəyan etdiyi kimi, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının 7 ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki